"İstisna etməzdim ki, hansısa beynəlxalq formatlar çərçivəsində onların Azərbaycan prezidenti Ermənistana gəlsin, bizim ölkənin başçısı oraya getsin, mən də Azərbaycana getməyə hazıram".
"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
Onun sözlərinə görə, elə məsələlər var ki, hələ də müzakirə olunmalıdır: "Bu, təkcə təhlükəsizlik məsələsi deyil, həm də məhbuslarla bağlı məsələdir. Ora getmək bizim üçün çətindir... Eyni zamanda orada saxlanılanların olduğunu bilə-bilə ora necə gedə bilərik. Mən optimistəm, amma konkret nəticə olmayana qədər bu mövzudan danışmırıq".
Ağarza Elçinoğlu
