Ermənistanda hərbi xidmət müddəti azaldılacaq.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Baş nazir Nikol Paşinyan özünün "Telegram" kanalında yerləşdirdiyi videoda yanvarın 1-dən hərbi xidmət müddətinin azaldılacağını açıqlayıb.
"Əvvəlcə bu reqlamentin 2026-cı ilin yay çağırışından qüvvəyə minməsi nəzərdə tutulurdu. Bu gün mən müdafiə naziri ilə, ötən iclasda isə deputat həmkarlarımla müzakirə apardım və qərara gəldim ki, qanun daha tez, 2026-cı il yanvarın 1-dən qüvvəyə minsin. Yəni, iki il əvəzinə il yarım olacaq", - baş nazir bildirib.
Ağarza Elçinoğlu
