Fransanın eks-prezidenti Nikola Sarkozi evini tərk edərək həbsxaya yola düşüb.  

"Unikal" xəbər verir ki,  bu  barədə BFM TV məlumat yayıb. 

Sarkozi həyat yoldaşı Karla Bruni ilə birlikdə evinin qarşısında toplaşan tərəfdarlarını salamlayıb və avtomobilə əyləşib.

Nikola Sarkozi 2007-ci ildəki prezidentlik kampaniyasının Liviya tərəfindən maliyyələşdirilməsi ilə bağlı 5 il həbs cəzasına məhkum edilib.  Buna görə də o, bu gündən Parisdəki La Sante həbsxanasına yerləşdiriləcək.