Mahaçqala Sovet Rayon Məhkəməsi Buynaksk rayonunda polis məntəqəsini partlatmağa cəhddə şübhəli bilinən 4 nəfər barəsində həbs qətimkan tədbiri seçib.

"Unikal" xəbər verir ki, bu barədə Dağıstan Ali Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

"Bir qrup şəxs Buynaksk vilayətində polis bölməsini partlatmaq üçün sui-qəsd təşkil edib. Şübhəlilərdən biri partlayıcı qurğu hazırlamaq üçün komponentlər əldə edib və saxlayıb. Təqsirləndirilən şəxslər hüquq-mühafizə orqanları əməkdaşlarını öldürməyə cəhddə və qanunsuz olaraq partlayıcı qurğular hazırlamaqda şübhəli bilinirlər. Onlar 2025-ci il noyabrın 25-dək həbs olunurlar", - məlumatda qeyd olunub.