Krasnodar diyarının Tixoretski rayon şurasının deputatı Vitali Kapustinin meyiti magistral yolda tapılıb.

"Unikal" xəbər verir ki, 44 yaşlı deputatın ölümü ilə bağlı araşdırmalara başlanılıb. İstintaq orqanları bildiriblər ki, ilkin məlumat cinayət xarakteri daşımır. Lakin şahidlərinin sözlərinə görə, meyit ağacdan asılmış vəziyyətdə, əlləri arxadan bağlı halda olub. 

Qeyd edək ki, Kapustin deputat kimi işləməklə yanaşı, “Kubanspetsstroy” MMC tikinti şirkətinin direktoru vəzifəsində çalışıb.