İranda 5,5 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar paytaxt Tehran, Qum şəhərlərində və Semnan əyalətində hiss olunub.
Dağıntı və tələfat barədə məlumat verilmir.
©
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.