İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla görüşünə adi və qızılla örtülmüş iki peycer gətirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, əşyaları Amerika liderinə hədiyyə olaraq təqdim edib.
ABŞ prezidenti hədiyyəni alarkən bildirib ki, İsrail 2024-cü ilin payızında Livanın müxtəlif ərazilərində “möhtəşəm əməliyyat” həyata keçirib.
Xatırladaq ki, 2024-cü il sentyabrın 17 və 18-də Livanda peycerlərin kütləvi partlaması baş verib. Yerli medianın məlumatına görə, radiostansiyalar, telefonlar və noutbuklar partlayıb. Partlayış nəticəsində ümumilikdə 37 nəfər ölüb, üç mindən çox insan yaralanıb.
Gülayə Mecid






.jpg)






































.jpeg)



.jpeg)








