Şamaxıda ər-arvad dəm qazından zəhərlənib.
"Unikal" xəbər verir ki, hadisə Şamaxı şəhər M. Bayramov küçəsi ev 22-də baş verib. Həmin ünvanda yaşayan 1982-ci il təvəllüdlü Əliyev Fizuli Vahid oğlu və 1986-cı il təvəllüdlü Əliyeva Aygün Mirşah qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərləniblər. Onlar Şamaxı rayon Mərkəzi xəstəxanasına yerləşdirilib, vəziyyətlərinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli




.jpg)
.jpg)






.jpg)

.jpg)









.jpg)




.jpg)
























