Şamaxıda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 5 nəfərin adları məlum olub.
"Unikal"ın məlumatına görə, bu gün Şamaxı-Göylər yolunda iki avtomobilin toqquşması nəticəsində rayonun Çaylı kənd sakini, 1961-ci il təvəllüdlü Baxışova Xoşqədəm Abbas qızı, 1960-cı il təvəllüdlü Baxışov Cahangir Qulu oğlu, Dağ Bağırlı kənd sakini, 1969-cu il təvəllüdlü Qəfərov Şəfaət Qəfər oğlu, 1999-cu il təvəllüdlü Baxışov Salam Cahangir oğlu və Bağırlı kənd sakini, 1960-cı il təvəllüdlü Alıyev Famil Cümşüd oğlu ağır xəsarət alıb.
Yaralılardan birinin vəziyyəti çox ağır olduğuna görə müalicə üçün Bakıya göndərilib.
***
11:49
***
Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
"Unikal"ın məlumatına görə, hadisə bu gün saat 11:30 radələrində Şamaxı-Göylər yolunda baş verib. Belə ki, "Mercedes" və "VAZ" markalı minik avtomobili toqquşub, zərbənin təsirindən onların hər ikisi yoldan çıxaraq aşıb. Hadisə zamanı 5 nəfərin xəsarət aldığı bildirilir.
Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hələ ki, yaralıların adları məlum deyil. Əlavə məlumat veriləcək. Faktla bağlı araşdırma aparılır.
Şahnəzər Bəşirov




.jpg)
.jpg)






.jpg)

.jpg)









.jpg)




.jpg)
























