Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib.
"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 1991-ci il təvəllüdlü Seyidrüstəm Əliyevin idarə etdiyi “Niva”, 2001-ci il təvəllüdlü Fikrət Bağırovun idarə etdiyi “Priora” markalı avtomobillə toqquşub. Nəticədə Seyidrüstəm Əliyev hadisə yerində dünyasını dəyişib.
"Priora"da olanlar 2001-ci il təvəllüdlü Fikrət Bağırov, 2000-ci il təvəllüdlü Toğrul Quluzadə , həmyaşıdı Zirəddin Mahmudov və 2002-ci il təvəllüdlü Azər Mahmudov müxtəlif bədən xəsarətləri alaraq Şəmkir rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Qeyd edək ki qəzada ölən S. Əliyev polis zabiti olub, Gədəbəy Rayon Polis Şöbəsində çalışıb.
Tural Əhmədov




.jpg)
.jpg)






.jpg)

.jpg)









.jpg)




.jpg)
























