Sabirabadda 81 yaşlı kişi 44 yaşlı arvadını qətlə yetirib.
Unikal.org Apa-ya istinadən xəbər verir ki, qətl hadisəsi Sabirabad rayonunun Qəzli kəndində baş verib. Həmin kəndin sakini, 1939-cu il təvəllüdlü Eyyubov Yaqub Abas oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1976-cı il təvəllüdlü Eyyubova Mətanət Əlihüseyn qızını bıçaqlayaraq qətlə yetirib. Ürək nahiyəsindən 2 bıçaq zərbəsi alan qadın xəstəxanaya aparılarkən yolda keçinib.
Faktla bağlı Sabirabad rayon prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.















-fill_size=2560x1600-focal_point=1298x447-focal_size=224x279-fill_size=2560x1600-focal_point=1298x447-focal_size=224x279.jpg)












.jpg)









.jpg)















.jpg)



