Belarusla qonşu NATO ölkələri hərbi potensiallarını artırır və kəşfiyyatı gücləndirir.
Unikal.org xəbər verir ki, bu sözləri Belarus Baş Qərargah rəisi Ruslan Kosıgin deyib.
O bildirib ki, qonşu ölkələr hərbi potensialları ilə yanaşı xarici əsgərləri qəbul etmə və yerləşdirmə imkanlarını da artırır:
“Eyni zamanda ölkəmizə qarşı kəşfiyyat fəaliyyəti də çox gücləndirilir”.
Kosıgin əlavə edib ki, Belarus sərhədlərində 10 min canlı qüvvə, 40 min hərbi uçuş aparatı və 500-dən çox ağır hərbi texnika yerləşdirilib.




.jpg)
.jpg)






.jpg)

.jpg)









.jpg)




.jpg)
























