Kompüter siçanının yaradıcılarından biri olan Vilyam İnqliş ABŞ-da 91 yaşında vəfat edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, onun ölümünə tənəffüs çatışmazlığı səbəb olub.
V.İnqliş 1929-cu ildə Kentukki ştatının Leksinqton şəhərində doğulub. Onun atası kömür mədənlərində elektrik mühəndisi, anası isə evdar qadın olub. Arizonada internat məktəbində oxuyan ixtiraçı sonradan Kentuki Universitetində elektrik mühəndisliyi təhsili alıb.
1964-cü ildə İnqliş Duqlas Engelbartın laboratoriyasında ilk dəfə kompüter siçanını yaradan işçilərindən biri olub.




.jpg)
.jpg)






.jpg)

.jpg)









.jpg)




.jpg)
























