Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, Müzəffər Həsənov küçəsində yerləşən 1 saylı Vərəm Əlehyinə Dispanserin qarşısında dayanan 1995-ci il təvəllüdlü Kərimov Elvin Manaf oğluna naməlum şəxs yaxınlaşıb və onunla mübahisə edib.
Sonradan tərəflər əlbəyaxa dava edib. Bu zaman E.Kərimov boğaz nahiyəsindən bıçaqlanıb.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.














































-fill_size=2560x1600-focal_point=1298x447-focal_size=224x279-fill_size=2560x1600-focal_point=1298x447-focal_size=224x279.jpg)









