İsmayıllı rayonunda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Muğanlı-İsmayıllı avtomobil yolunda qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili yoldan çıxaraq aşıb. Qəza nəticəsində 1 nəfər - 1991-ci il təvəllüdlü Diyallı kənd sakini Abışov Ramil Əli oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisə zamanı həmçinin daha 3 nəfər - 1978-ci il təvəllüdlü İsmayıllı rayon sakini Süleymanov Ramil Məhəmmədağa oğlu, 1982-ci il təvəllüdlü İsmayıllı rayon sakini Süleymanov Mehman Eyvaz oğlu və 1981-ci il təvəllüdlü İsmayıllı rayon sakini İsmayılov İlkin İkram oğlu xəsarət alıblar. Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.











.jpeg)



.jpg)

.jpg)









.jpg)


.jpg)

.jpg)



.jpg)
.jpg)


.jpg)



.jpg)






.jpg)





