Türkiyənin Cənub sərhədlərində PYD/ PKK/ YPG və İŞİD tərəfindən yaradılmağa cəhd edilən "terror dəhlizi" planlarının pozulmasından sonra da terror təşkilatlarına qarşı əməliyyatlar davam edir.
Unikal.org Türkkiyə KİV-nə istinadən xəbər verir ki, Dənizli Təhlükəsizlik İdarəsi əməkdaşları Suriya əsilli "D.E.H" kod adlı şəxsin şəhərdə olduğu məlumatını alıb. İŞİD-in kəşfiyyatçısı kəşfiyyatçısı olduğu deyilən Suriya əsilli şəxs Dənizli ərazisində yanında başqa bir şəxslə birlikdə saxlanılıb.
İŞİD-çi terroristin Dənizlidə hadisə törətmək üçün gəldiyi bildirilib. Saxlanılan şəxslər polis bölməsində ifadəsi alındıqdan sonra məhkəməyə sövq edilib. Məhkəmə onlardan birinin həbsinə qərar verib. Digər saxlanılan şəxs isə şərti azadlığa buraxılıb.




.jpg)




















































