Bakıda 26 yaşlı oğlan küt alətlə döyülərək ağır xəsarət alıb.
Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə metronun "Xalqlar dostluğu" stansiyası yaxınlığında baş verib.
1993-cü il təvəllüdlü Vəliyev Elçin Bəşir oğlu naməlum şəraitdə ağır xəsarət alıb. Yaralı ağır vəziyyətdə təcili tibbi yardım vasitəsilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. E.Vəliyev Reanimasiya şöbəsinə yerləşdirilib.İlkin məlumata görə, E.Vəliyev küt alətlə döyülüb. Hadisə zamanı onun içkili vəziyyətdə olduğu bildirilir.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.







.jpeg)


















.jpg)































