Rövnəq Abdullayev: "İşçilərimizin maaşı artırılacaq"
11:28 07-02-2016
CƏMİYYƏT
"Biz mütəmadi olaraq əmək haqlarını qaldırırıq. Məsələn, 2007-ci ildə 25% qaldırdıq. Bizim ayırdığımız əmək haqqı başqa dövlət şirkətlərinə nisbətən kifayət qədər yüksəkdir". "
Bu barədə gənc neftçilərlə görüşü zamanı SOCAR prezidenti Rövnəq Abdullayev bildirib. "Neft şirkətinin büdcəsində imkanlar məhduddur. Buna baxmayaraq, faktiki inflyasiyanı hesablayandan sonra müəyyən qədər inflyasiya kompensasiyası edəcəyik", - deyə R. Abdullayev bildirib.
Əmək haqlarının hansı miqdarda artacağına gəlincə, SOCAR prezidenti deyib ki, bu istiqamətdə ilk öncə hesablamalar aparılmalıdır: "Çalışacağıq ki, əməkdaşlarımıza köməklik edək. Büdcə təşkilatlarında çalışanlarla müqayisədə bizim aldığımız (əmək haqları - red.) arasında çox fərq var. Bu məsələdə inflyasiya nəzərə alınacaq".
Digər Xəbərlər
2026-04-27 18:59:16
2026-04-27 18:54:01
2026-04-27 18:45:00
2026-04-27 18:38:27
2026-04-27 18:35:07
2026-04-27 18:10:00
2026-04-27 18:07:23
2026-04-27 18:04:20
2026-04-27 17:50:17
2026-04-27 17:40:20
2026-04-27 17:12:07
2026-04-27 16:57:26
2026-04-27 16:48:51
2026-04-27 16:21:12
2026-04-27 16:06:00
2026-04-27 16:02:14
2026-04-27 15:54:02
2026-04-27 15:25:05
