Azay Quliyev Malena Mardla görüşüb
09:01 03-02-2016
CƏMİYYƏT
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Avropa İttifaqının (Aİ) ölkəmizdəki səfiri Malena Mardla görüş keçirilib.
Avropa İttifaqı ilə ölkəmiz arasında dinamik şəkildə inkişaf edən münasibətlərin mövcudluğundan danışan səfir Aİ-nın ölkəmizdəki nümayəndəliyinin fəaliyyəti haqqında məlumat verib. Malena Mard Aİ-nın müxtəlif institutlarının ölkəmizdəki müvafiq qurumlarla əməkdaşlığının genişləndirilməsinə çalışdıqlarını deyib. Səfir eyni zamanda şuranın dəstəyi ilə 2016-cı ildə təhsil sahəsində fəaliyyət göstərən QHT-lərlə daha yaxından işləməyi və onların layihələrinin maliyyələşdirilməsini nəzərdə tutduqlarını qeyd edib. M. Mard regionlardakı QHT-lərin instusional inkişafı sahəsində də Şura ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.
Şura sədri Azay Quliyev 2016-cı ildə regionlarda həyata keçirdiyi təlim və seminarlar haqqında səfirə ətraflı məlumat verib. Azay Quliyev Aİ ilə ikitərəfli münasibətlərin inkişafında QHT-lərin mühüm rola malik olduğunu və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın davam etdirilməsinin vacibliyini bildirib.
Görüş müxtəlif mövzular ətrafında müzakirələrlə davam etdirilib.
Digər Xəbərlər
2026-04-27 18:59:16
2026-04-27 18:54:01
2026-04-27 18:45:00
2026-04-27 18:38:27
2026-04-27 18:35:07
2026-04-27 18:10:00
2026-04-27 18:07:23
2026-04-27 18:04:20
2026-04-27 17:50:17
2026-04-27 17:40:20
2026-04-27 17:12:07
2026-04-27 16:57:26
2026-04-27 16:48:51
2026-04-27 16:21:12
2026-04-27 16:06:00
2026-04-27 16:02:14
2026-04-27 15:54:02
2026-04-27 15:25:05
