Qəddafinin oğlunun məhkəməsi oldu
Müttəhim hazırda saxlanıldığı həbsxanadan videolink vasitəsilə məhkəməyə qatıldı
Liviyada ölkənin sabiq dövlət başçısı Müammər Qəddafinin oğlu Seyf əl-İslamın məhkəməsi olub. Məhkəmə prosesi paytaxt Tripolidə baş tutsa da, müttəhim hazırda saxlanıldığı Zintan şəhərində həbsxanadan videolink vasitəsilə məhkəməyə qatılıb.
2011-ci il noyabr ayında həbs olunan Seyf əl-İslam vətəndaş müharibəsi zamanı qətllər törətməkdə ittiham olunur.
Məhkəmədə Seyf əl-İslam hakimin suallarını cavablandırıb. Proses Tripoli ilə yanaşı, Zintan və Misrata şəhərlərində canlı yayımlanıb. Seyf əl-İslamın Tripoliyə ekstrdisya edilməsi məsələsi də proses zamanı müzakirə olunub. Lakin Zintan rəhbərliyi ilə danışıqlar uğursuz olub.
Seyf əl-İslam ilə yanaşı sabiq hökumət tərəfdarlarından hazırda 37 nəfər mühakimə olunur. Onların arasında, eyni zamanda, ölkənin sabiq kəşfiyyat rəisi Abdullah əs-Sənusi də var.
Prosesin növbəti sessiyası isə may ayında keçriləcək.
Digər Xəbərlər
2026-04-20 19:49:28
2026-04-20 19:27:33
2026-04-20 19:01:49
2026-04-20 18:57:23
2026-04-20 18:44:24
2026-04-20 18:34:05
2026-04-20 18:15:11
2026-04-20 17:54:00
2026-04-20 17:45:00
2026-04-20 17:31:13
2026-04-20 17:30:36
2026-04-20 17:29:37
2026-04-20 17:26:19
2026-04-20 17:20:00
2026-04-20 17:02:00
2026-04-20 16:32:37
2026-04-20 16:31:00
