Naxçıvan-Ordubad magistral yolunun Ordubad rayonunun Aşağı Əylis kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Unikal" xəbər verir ki, "Hyundai" markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü Vətən müharibəsi qazisi Hüseynalı Hüseynalıyev həyatını itirib.

Qəza zamanı xəsarət alan 1994-cü il təvəllüdlü Məmmədov Əmrah İmamverdi oğlu və 1990-cı il təvəllüdlü Zeynalov Təbriz Eyvaz oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzaya düşənlərin hər üçü qazidir. Təbriz Zeynalov Naxçıvan MR Ali Məclisinin deputatıdır.