Azərbaycanda yağıntılı və küləkli hava şəraiti davam edir, bəzi dağlıq ərazilərə qar yağıb.
"Unikal" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin noyabrın 8-i saat 11:00-a olan məlumatında bildirilib.
Qeyd olunub ki, Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağıb. Qar örtüyünün hündürlüyü Şahdağda 3, Kəlbəcərdə 2 santimetrə çatıb.
Yağıntının miqdarı Maştağada 18, Binədə 12, Bakıda 11, Sumqayıtda 4 millimetr olub.
Respublikanın rayonlarında isə Şahbuz və Sarıbaşda (Qax) 12, Naxçıvan, Ordubad, Sədərək və Zaqatalada 9, Gədəbəy və Ağstafada 8, Şərur və Culfada 7, Xaçmazda 6, Qubada 5, Qusar və Balakəndə 4, Lerikdə 3, Göygöl, Gəncə, Şəmkir, Tovuz və Neftçalada 2 millimetr yağıntı qeydə alınıb. Digər bir sıra rayonlarda yağıntının miqdarı 1 millimetr təşkil edib.
Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı və Füzulidə də arabir yağış yağıb.
Bəzi ərazilərdə şimal-qərb küləyi güclənib. Küləyin maksimal sürəti Mingəçevirdə 28, Bakı və Abşeron yarımadasında 26, Goranboyda 23, Naftalanda 22, Şabran və Tərtərdə 18 metr/saniyəyə çatıb.
Şərur, Daşkəsən, Göygöl, Sarıbaş (Qax), Şəki, Şamaxı, Qobustan, Altıağac, Qusar, Göyçay və Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.






























.jpg)
.jpg)



.jpg)
.jpg)




.webp)












