Bugün Neftçala Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılov adına Neftçala Rayon Uşaq İncəsənət Məktəbinin qarşısında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş "Zəfərin səsi, qürurun ünvanı!" adlı bədii-musiqili tədbir təşkil olunub.
"Unikal" xəbər verir ki, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatları Tənzilə Rüstəmxanlı, Günay Ağamalı, Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi, YAP Neftçala rayon təşkilatının,hüquq-mühafizə orqanlarının,idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, Rayon Ağsaqqlar Şurasının üzvləri, şəhid ailələri, qazilər, veteranlar və rayon sakinləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.
Ardınca 8 Noyabr – Zəfər Gününün xalqımızın çoxəsrlik dövlətçilik tarixində tutduğu mühüm yer, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin əhəmiyyəti diqqətə çatdırılıb.
Böyük izdiham və yüksək coşqu ilə davam edən konsert proqramında tanınmış incəsənət nümayəndələri Nigar Camal, İlhamə Qasımova, Elza Seyidcahan, Rasimə Seyidcahan, Mahmud Mahmudov, Elnur Nəhmədov, Süleyman Ruqiyev, Vüsalə Yusifova və Rövşən Mehtiyevin ifasında vətənpərvərlik ruhlu, eləcə də rəngarəng musiqi nömrələri təqdim olunub.
Bayram proqramı çərçivəsində Neftçala Rayon Uşaq İncəsənət Məktəbinin istedadlı şagirdləri tərəfindən vətənpərvərlik ruhunda rəqs nömrələri təqdim olunub. Həmçinin, qiraət nümunələri səsləndirilib, Vətənə, torpağa, milli birliyə və Zəfərə həsr olunmuş bədii kompozisiyalar nümayiş etdirilib.
Musiqi və incəsənət nümunələri ilə zəngin olan bayram proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.
































.jpg)




















