Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb.
"Unikal" təbrik mətnini təqdim edir:
"Möhtərəm cənab Prezident,
8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası, tarixi ədalətin bərqərar olması uğrunda xalqımızın apardığı mübarizənin rəmzinə çevrilmişdir. Bu qürurverici gün münasibətilə Sizi təbrik edir, xalqımıza bəxş etdiyiniz tarixi Qələbəyə görə böyük ehtiramımızı və sonsuz minnətdarlığımızı bildiririk.
Müzəffər Ali Baş Komandan kimi xalqımıza qazandırdığınız şanlı Zəfər milli iradənin təntənəsi, haqq mübarizəsinin ən uca zirvəsi və ədalət hissinin reallığa çevrilməsidir. 44 günlük Vətən müharibəsi ədalətlə haqsızlığın, mərhəmətlə zorakılığın, həqiqətlə yalanın üz-üzə gəldiyi sınaq meydanında Azərbaycanın hərbi, siyasi və diplomatik qələbəsi kimi daim xalqımızın qəlbində yaşayacaqdır.
Sizin rəhbərliyinizlə Qarabağ və Şərqi Zəngəzura "Böyük Qayıdış", həyata keçirilən bərpa və quruculuq işləri xalqımızın qurub-yaratmaq əzminin əyani ifadəsidir. Qısa müddətdə inşa edilən yaşayış məntəqələri, yollar, hava limanları, digər sosial və infrastruktur layihələri öz gücünə arxalanan müstəqil Azərbaycanın inkişaf modelinin bariz nümunəsi, həmçinin müharibədən qalib çıxmış dövlətin sülh, tərəqqi və mədəni dirçəlişə yönəlmiş məramının təcəssümüdür.
Azərbaycan xalqının əsrlər boyu yaratdığı və işğal illərində dağıdılmış mədəni irsinin, "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının, Vaqif Poeziya Günləri ənənəsinin bərpası bir daha təsdiqləyir ki, qazandığımız Qələbə, eyni zamanda yüksək mədəniyyətin, sarsılmaz ruhun və mənəviyyatın Zəfəridir. Mühüm mədəniyyət hadisəsi olan bu proseslər tarixi yaddaşa söykənən qalib milli kimliyin ifadəsi, dövlətçilik ideallarının mədəni kodlarda inikası və dövlətin milli-mənəvi dəyərlərə verdiyi xüsusi əhəmiyyətin təzahürüdür. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub yaşadılmasına, dünya miqyasında təbliğinə və beynəlxalq mədəni münasibətlər sistemində layiqincə təmsil olunmasına yönəlmiş işlərə verdiyiniz dəstəyə, daim göstərdiyiniz qayğı və diqqətə görə Sizə dərin təşəkkürümüzü bildiririk.
Möhtərəm cənab Prezident, Sizi bir daha bu əlamətdar və tarixi gündə ölkəmizin mədəniyyət ictimaiyyəti adından səmimi-qəlbdən təbrik edir, Uca Tanrıdan Sizə uzun ömür, möhkəm cansağlığı, xalqımızın firavanlığı və rifahı, dövlətimizin qüdrətlənməsi və tərəqqisi naminə ali və şərəfli fəaliyyətinizdə yeni uğurlar diləyirik.
Dərin hörmət və ehtiramla,
Anar Rəsul oğlu Rzayev Xalq yazıçısı
Polad Bülbüloğlu Xalq artisti
Fərhad Şəmsi oğlu Bədəlbəyli Xalq artisti
Firəngiz Əliağa qızı Əlizadə Xalq artisti
Fərhad Qurban oğlu Xəlilov Xalq rəssamı
Elbay Ənvər oğlu Qasımzadə Əməkdar memar
Hacı Məcid oğlu İsmayılov Xalq artisti
Gülçöhrə Hüseyn qızı Məmmədova Əməkdar memar
Natiq Kamal oğlu Əliyev Xalq rəssamı
Ceyran Emin qızı Mahmudova Əməkdar incəsənət xadimi
Kamilə Hüseyn qızı Dadaş-zadə Əməkdar İncəsənət Xadimi
Zeynəb Yəhya qızı Xanlarova Xalq artisti
Fidan Əkrəm qızı Qasımova Xalq artisti
Ömər Həsən oğlu Eldarov Xalq rəssamı
Şəfiqə Haşım qızı Məmmədova Xalq artisti
Flora Ələkbər qızı Kərimova Xalq artisti
Rauf Canbaxış oğlu Abdullayev Xalq artisti
Alim Həmzə oğlu Qasımov Xalq artisti
Niyaməddin Cabbar oğlu Musayev Xalq artisti
Oqtay Mir-Əsədulla oğlu Mir-Qasım Xalq artisti
Cənnət Əlibəyovna Səlimova Xalq artisti
Xuraman Əkrəm qızı Qasımova Xalq artisti
Yusif Yevgeniyeviç Axundzadə Xalq artisti
Mənsum İsrafil oğlu İbrahimov Xalq artisti
Elçin Ləzgi oğlu Həşimov Xalq artisti
Elşən Məmməd oğlu Mansurov Xalq artisti
Malik Məmməd oğlu Mansurov Xalq artisti
Fəxrəddin Əlisahib oğlu Dadaşov Xalq artisti
Zabit Gülxan oğlu Nəbizadə Xalq artisti
Ağacəbrayıl Ağasaleh oğlu Abasəliyev Xalq artisti
Səkinə Qulu qızı İsmayılova Xalq artisti
Mələkxanım Yadigar qızı Əyyubova Xalq artisti
Gülyaz Zakir qızı Məmmədova Xalq artisti
Gülyanaq Zakir qızı Məmmədova Xalq artisti
Aygün Əliqulu qızı Bayramova Xalq artisti
Nəzakət Xosrov qızı Teymurova Xalq artisti
Simarə Cəmaləddin qızı İmanova Xalq artisti
Afaq Bəşir qızı Səfərova Xalq artisti
Nurəddin Əzulla oğlu Mehdixanlı Xalq artisti
Firəngiz Bəhər qızı Mütəllimova Xalq artisti
Həmidə Məmməd qızı Ömərova Xalq artisti
İlham Namiq Kamal oğlu Əhmədov Xalq artisti
Vaqif Behbud oğlu Mustafayev Xalq artisti
Ramiz Həsənağa oğu Mirzəyev Xalq artisti
Yusif Vilayət oğlu Eyvazov Xalq artisti
Mərahim Fərzəli oğlu Fərzəlibəyov Xalq artisti
Rafiq Əliəşrəf oğlu Əzimov Xalq artisti
Səidə Əbülfəz qızı Quliyeva Xalq artisti
Sabir Novruz oğlu Məmmədov Xalq artisti
Qurban İbrahim oğlu İsmayılov Xalq artisti
Məbud Ələsgər oğlu Məhərrəmov Xalq artisti
Bəsti Əli qızı Cəfərova Xalq artisti
Laləzar Bəşir qızı Mustafayeva Xalq artisti
Məleykə Əlifağa qızı Əsədova Xalq artisti
Əli Qayıb oğlu Nurzadə Xalq artisti
Lüdmila Semyonovna Duxovnaya Xalq artisti
Aleksandra Konstantinovna Nikuşina Xalq artisti
Natəvan Şua qızı Şeyxova Xalq artisti
Rafiq Mirzəhüseyn oğlu Seyidzadə Xalq artisti
Gülbacı Ələkbər qızı İmanova Xalq artisti
Murad Zöhrab oğlu Adıgözəl-zadə Xalq artisti
Murad Fərid oğlu Hüseynov Xalq artisti
Faiq Miri oğlu Sücəddinov Xalq artisti
Yeganə Əsgər qızı Axundova Xalq artisti
Zamiq Balarza oğlu Əliyev Xalq artisti
Firuz Əliabbas oğlu Əliyev Xalq artisti
Vamiq Məmmədəli oğlu Məmmədəliyev Xalq artisti
Ağasəlim Sahib oğlu Abdullayev Xalq artisti
Ənvər Hidayət oğlu Sadıqov Xalq artisti
Natiq Bahadur oğlu Şirinov Xalq artisti
Yalçın Vasif oğlu Adıgözəlov Xalq artisti
Əbdül Əlisa oğlu Mahmudov Xalq artisti
Fəxrəddin Manaf oğlu Manafov Xalq artisti
Teymur Ənvər oğlu Göyçayev Xalq artisti
Bəxtiyar Oktay oğlu Xanızadə Xalq artisti
Şüküfə Mühədin qızı Yusupova Xalq artisti
Salman Hüseyn oğlu Qəmbərov Xalq artisti
Cəmil Fikrət oğlu Əmirov Xalq artisti
Mehriban Mürvət qızı Zəki Xalq artisti
Şəfiqə Alxas qızı Eyvazova Xalq artisti
Zemfira Əli qızı Nərimanova Xalq artisti
Sadıq Sirac oğlu Zərbəliyev Xalq artisti
Ağaverdi Ağaəli oğlu Paşayev Xalq artisti
Fəxrəddin Nuri oğlu Kərimov Xalq artisti
Teyyub Şüeyb oğlu Aslanov Xalq artisti
Mübariz Hüseyn oğlu Tağıyev Xalq artisti
Brilliant Süleyman qızı Dadaşova Xalq artisti
Zülfiyyə Güloğlan qızı Xanbabayeva Xalq artisti
Aygün Ələsgər qızı Kazımova Xalq artisti
Tünzalə Qabil qızı Ağayeva Xalq artisti
Faiq Balağa oğlu Ağayev Xalq artisti
Eyyub Zəkəriyyə oğlu Yaqubov Xalq artisti
Röyalə Yaqub qızı Nəcəfova Xalq artisti
Möhlət Xanəli oğlu Müslümov Xalq artisti
Rüfət Eldar oğlu Xəlilzadə Xalq artisti
Afaq Süleyman qızı Məlikova Xalq artisti
Təranə Hüseyn qızı Muradova Xalq artisti
Cəmilə Əsədulla qızı Bayramova Xalq artisti
Yusif Əli oğlu Qasımov Xalq artisti
Gülağası Ağahüseyn oğlu Mirzəyev Xalq artisti
Sərdar Fərəculla oğlu Fərəcov Xalq artisti
Azər Zeynalabdin oğlu Zeynalov Xalq artisti
Samir Qadir oğlu Cəfərov Xalq artisti
Şamil Kamran oğlu Süleymanov Xalq artisti
Məmmədsəfa Məmmədəli oğlu Qasımov Xalq artisti
Aygün Ziyad qızı Səmədzadə Xalq artisti
Eldar Bəhram oğlu Mansurov Xalq artisti
Kamal Mehdi oğlu Abdulla Xalq yazıçısı
Elmira Hüseyn qızı Axundova Xalq yazıçısı
Natiq Rəsul oğlu Rəsulzadə Xalq yazıçısı
Afaq Məsud qızı Vəliyeva Xalq yazıçısı
Sabir Xudu oğlu Rüstəmxanlı Xalq şairi
Sakit Qulam oğlu Məmmədov Xalq rəssamı
Səlhab İsa oğlu Məmmədov Xalq rəssamı
Arif Möhübəli oğlu Əzizov Xalq rəssamı
Fuad Məmmədəmin oğlu Salayev Xalq rəssamı
Eldar Hidayət oğlu Mikayılzadə Xalq rəssamı
Aydın Məmməd-Ağa Rəcəbov Xalq rəssamı
Rafael Baba oğlu Hüseynov İctimai xadim
Nailə Məmmədəli qızı Vəlixanlı Əməkdar elm xadimi
Məhərrəm Paşa oğlu Qasımlı Əməkdar elm xadimi
Cahangir Talıb oğlu Səlimxanov Əməkdar incəsənət xadimi
Lalə Şirməmməd qızı Hüseynova Əməkdar incəsənət xadimi
Cəmil Elşad oğlu Quliyev Əməkdar incəsənət xadimi
Mehriban Zaur qızı Ələkbərzadə Əməkdar incəsənət xadimi
Ayaz Ramiz oğlu Salayev Əməkdar incəsənət xadimi
Elxan Pərviz oğlu Cəfərov Əməkdar incəsənət xadimi
Baba Vəzir oğlu Məsimov Əməkdar incəsənət xadimi
Gülzar Qurban qızı Qurbanova Əməkdar artist
Sahib Ağaverdi oğlu Paşazadə Əməkdar artist
Fuad Natiq oğlu İbrahimov Əməkdar artist
Əyyub Ramiz oğlu Quliyev Əməkdar artist
Rain Ələddin oğlu Sultanov Əməkdar artist
Şahin Növrəs oğlu Növrəsli Əməkdar artist
Emil Əfrasiyab oğlu Məmmədov Əməkdar artist
İsfar Aydın oğlu Rzayev-Sarabski Əməkdar artist
Kərim Məhəmməd oğlu Tahirov Əməkdar mədəniyyət işçisi
Əminə Zakir qızı Məlikova Əməkdar mədəniyyət işçisi
Rəşad Müseyib oğlu Məcid Əməkdar mədəniyyət işçisi
İlqar Əliabbas oğlu Paşayev Əməkdar mədəniyyət işçisi
Samirə Zimirxan qızı Əliyeva Əməkdar mədəniyyət işçisi
Aqil Məhəmməd oğlu Abbas Əməkdar jurnalist
Bəyimxanım İsfəndiyar qızı Cavanşirova-Verdiyeva "Xan Şuşinski" Fondunun təsisçisi



















.jpg)

































