Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə Sərəncam imzalayıb.
"Unikal" xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Zaur Zeynalabdul oğlu Rüstəmov "General-leytenant" hərbi rütbəsi alıb.
Qeyd edək ki, Generar-leytenant rütbəsinə yüksələn Zaur Zeynalabdul oğlu Rüstəmov 1975-ci ildə İsmayıllıda anadan olub. Azərbaycan Hərbi Hava Qüvvələrinin mənsubudur. Türkiyədə də hərbi təhsil alıb. 1996-cı ildə Azərbaycanın ilk milli hərbi təyyarəçiləri olaraq vətənə qayıdanlar arasında olub. Azərbaycan Ordusun 100 illiyinə həsr olunmuş paradda və 8 noyabr Zəfər paradında təyyarəçilərə öndərlik edib.
25 iyun 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Zaur Rüstəmova general-mayor ali hərbi rütbəsi verilib. 7 noyabr 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri komandanının müavini — Hava Döyüş komandiri vəzifəsinə təyin olunub.














































.jpg)
.jpg)


.jpg)


