Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.

Qurumdan "Unikal"a verilən məlumata görə, xəbərdarlığa əsasən, noyabrın 8-də Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi noyabrın 9-na kimi davam edəcək.

Küləyin sürətinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 32 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2.5-3.5 m, sonrakı inkişafda isə 4-6 metrə çatacağı proqnozlaşdırılır.