“Elə taksi sürücüləri var ki, onlarla evli kimiyəm. Hətta birinin evinə qonaq da getmişəm. Xaçmazda olanda zəng vurdum ki, gəlirəm. Getdim, gördüm ki, bizə gözəl süfrə açıblar”.

"Unikal" xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “Kəşfet” proqramında danışıb. Avtomobilinin olmadığını deyən müğənni taksidən çox istifadə etdiyini söyləyib:

“Xanımı bizə qaz əti bişirmişdi. Çox da gözəl idi. Taksidə gəzəndə nə olur ki... Avtomobilim yoxdur. Almağı düşünürəm. Amma kredit yox, nəğd pulla alacağam. Mən cip sevirəm. Rayonlarda, yollarda oluram. Uşaqlıqda “Niva“ sevirdim”.