Lənkəranda 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə müxtəlif istiqamətləri əhatə edən silsilə tədbirlər təşkil olunub. Viktorinalar, bilik yarışları, rəsm sərgiləri, idman turnirləri, elmi konfranslar, ağacəkmə aksiyaları keçirilib, teatr tamaşaları nümayiş etdirilib.
"Unikal" xəbər verir ki, noyabrın 7-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə əlilləri, Vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri əvvəlcə Lənkərandan olan Milli Qəhrəmanların abidələrini, daha sonra Şəhidlər Xatirə Abidə-Kompleksini ziyarət ediblər. Ziyarət zamanı xiyabanda uyuyan şəhidlərin məzarları önünə gül dəstələri düzülüb, əziz xatirələri ehtiramla yad olunub. ŞİH başçısı Taleh Qaraşov şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri ilə görüşərək onları Zəfər Günü münasibətilə təbrik edib.
Tədbirlər proqramının yekunu olaraq “Şah” şadlıq sarayında “Bir zəfərin işığında” adlı konsert proqramı təqdim olunub.
Tədbirin rəsmi hissəsində Lənkəran ŞİH başçısı Taleh Qaraşov giriş nitqi ilə çıxış edib. İcra başçısı bildirib ki, şəhid ailələrinə və qazilərimizə dövlət qayğısının davam etdirilməsi yalnız sosial siyasət deyil, həm də milli mənəvi borcumuzdur. Şəhidlərimizin əziz xatirəsini yaşatmaq, onların ailələrinə diqqət və qayğı göstərmək dövlətimizin və cəmiyyətimizin dəyişməz vəzifəsidir. Taleh Qaraşov eyni zamanda qeyd edib ki, bu gün informasiya müharibələrinin geniş vüsət aldığı bir şəraitdə milli maraqlarımızın, tarixi həqiqətlərimizin və milli-mənəvi dəyərlərimizin müdafiəsi hər birimizin üzərinə mühüm məsuliyyət qoyur. İcra başçısının sözlərinə görə, ideoloji baxımdan güclü, hərbi cəhətdən qüdrətli və sosial məsuliyyətli Azərbaycan naminə bu istiqamətlərdə fəaliyyətimizi birlik və həmrəylik şəraitində davam etdirməliyik.
Daha sonra tədbirin bədii hissəsi konsert proqramı ilə davam edib. Yerli mədəniyyət və incəsənət nümayəndələrinin iştirak etdiyi konsertdə tanınmış müğənni Cavad Rəcəbov, Cavid Lənkəranlı, Mehparə Rzayeva, Elvin Kərimli, Elgün Əlizadə, Əli Hüseynov, Əsəd Məmmədov, Gülər Kərimova, eləcə də Cəfər Cabbarlı adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin xor kollektivi çıxış ediblər.
Konsert proqramı çərçivəsində Cəfər Cabbarlı adına Uşaq Musiqi Məktəbinin müəllim və şagird kollektivinin ifasında “Zəfər” kompozisiyası da təqdim olunub.




























.jpg)
.jpg)



.jpg)
.jpg)




.webp)















