Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib.

"Unikal" xəbər verir ki, nazirliyin "X" sosial media hesabında yazılıb:

"Qarabağın azadlığının altıncı ildönümündə qardaş Azərbaycan xalqını və dövlətini Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Vətən torpağı uğrunda canlarından keçən bütün qəhrəmanları dərin hörmət və ehtiramla anırıq".