Krakovda atışma törədən şəxsin evində üç nəfərin cəsədi, avtomobilində isə silah və sursat tapılıb.

"Unikal" xəbər verir ki, meyitlər iki qadın və bir kişiyə aiddir. Hakimiyyət orqanlarının ilkin məlumatına görə, onlar hücumçunun yaxın qohumlarıdır.

25 yaşlı Polşa vətəndaşı olan hücumçunun iki silah üçün icazəsi olub. O, təkbaşına hərəkət edib.

Hücum nəticəsində ən azı altı nəfər ölüb, 16 nəfər yaralanıb, onlardan 13-nün vəziyyəti ağırdır.