Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Zəfər Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik teleqramı göndərib.
"Unikal" Qazaxıstan mediasına istinadən xəbər verir ki, Tokayev bu tarixin Azərbaycan dövlətçiliyi tarixində xüsusi əhəmiyyətini və Cənubi Qafqazda bütün ölkələrin maraqları naminə uzunmüddətli sülhün və sabitliyin möhkəmləndirilməsindəki vacibliyini qeyd edib.
Qazaxıstan Prezidenti Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının və müttəfiqliyinin səviyyəsini yüksək qiymətləndirib, iki xalqın rifahı naminə onun daha da möhkəmlənəcəyinə əminliyini bildirib.










.jpg)
.jpg)




.jpg)
.jpg)




.webp)































