Yaponiyada 5,7 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər evrir ki, zəlzələ 8 noyabr gecəsi Şizuoka prefekturası yaxınlığında qeydə alınıb. Təkanların episentri 40 kilometr dərinlikdə yerləşib.

Zəlzələ yüksək sürətli Şinkansen qatarları da daxil olmaqla, qatarların hərəkətini dayandırıb. 20-dən çox insan yüngül xəsarətlər alıb. Nüvə obyektlərində heç bir fövqəladə hal qeydə alınmayıb.