Türkiyənin Afyonkarahisar vilayətində baş verən silahlı hücumlar nəticəsində ölənlərin sayı 8-ə yüksəlib, daha bir nəfər ağır yaralanıb.
"Unikal" xəbər verir ki, Afyonkarahisar vilayətinin İhsaniyə rayonunda yerləşən Ayazini və Kıyır kəndlərində iki ayrı ərazidə avtomobillərin yaxınlığında odlu silahdan açılan atəş nəticəsində 6 nəfər həyatını itirib.
İlkin araşdırmalar zamanı hadisənin şübhəlisinin ərazidən qaçdıqdan sonra Yukarıtandır kəndində daha 3 nəfərə tüfənglə atəş açdığı müəyyən edilib. Xəstəxanaya çatdırılan yaralılardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Digər şəxsin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisədən sonra hüquq-mühafizə orqanları şübhəlinin saxlanılması istiqamətində genişmiqyaslı əməliyyata başlayıb. Onun görüntüləri təhlükəsizlik kameralarına da düşüb.
Məlumata görə, şübhəlinin ələ keçirdiyi qırmızı rəngli avtomobil Eskişehirin Seyitgazi rayonunun Taşlıkköy kəndi ərazisində, palçığa batmış vəziyyətdə aşkarlanıb. Şəxsin avtomobili tərk edərək piyada qaçdığı ehtimal olunur.
Hazırda polis və jandarm qüvvələri ərazidə dronların dəstəyi ilə axtarışları davam etdirir. Hadisə ilə bağlı araşdırma Afyonkarahisar Respublika Baş Prokurorluğunun koordinasiyası ilə aparılır.
Afyonkarahisar Valiliyi silahlı hücumlar nəticəsində 8 nəfərin öldüyünü, bir nəfərin isə ağır yaralandığını təsdiqləyib.





.jpg)







.jpg)


.jpg)




















.jpg)









.jpg)



