ABŞ Prezidenti Donald Tramp İranla hərbi əməliyyatların yenidən başlanması barədə qərar qəbul etməyə tələsmədiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, Tramp bu barədə “Axios” nəşrinə müsahibəsində danışıb.
“Bu və ya digər şəkildə nəsə edəcəyik, lakin tələsmirik. Biz onları maliyyə baxımından iflic etmişik. Onların nə pulu, nə benzini var, əhalisi isə bu vəziyyətdən getdikcə daha çox yorulur”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp Vaşinqtonun Tehranla danışıqları davam etdirdiyini və diplomatik razılaşma imkanlarını nəzərdən keçirdiyini vurğulayıb.
“Biz onlarla danışırıq. Hər şey yaxşı gedir. Problem ondadır ki, onlar prosesi uzatmağa çalışırlar. İran tərəfinin təcili razılaşma əldə etmək istəyi düşündüyünüzdən daha azdır. Bununla belə, onlar əvvəlkindən daha çox razılaşma əldə etmək istəyirlər”, – deyə Tramp qeyd edib.










.jpg)

.jpg)







.webp)

.jpg)




.jpg)
.jpg)





.jpg)



.jpeg)


.jpg)

.jpg)








