Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2-4 noyabr tarixlərində Cənubi Koreyaya səfəri zamanı Cevdet Yılmaz müvəqqəti prezident vəzifəsini icra edəcək.

"Unikal" xəbər verir ki, bu məsələ ilə bağlı rəsmi fərman "Rəsmi Qəzet"də dərc olunub.

Belə ki, Türkiyə Respublikası Konstitusiyasının 106-cı maddəsinə uyğun olaraq, Ərdoğanın 2-4 noyabr tarixlərində Cənubi Koreyaya səfərindən qayıdana qədər müvəqqəti prezident vəzifəsini vitse-prezident Cevdet Yılmaz icra edəcək.