Rusiya qüvvələri Ukraynanın Zaporojye vilayətinin Kamişevaxa kəndinə iki dəfə hava zərbəsi endirərək humanitar yardımın paylandığı məntəqələri hədəfə alıb. Hücumlar nəticəsində kəndin 24 sakini həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
“Rusiyanın Zaporojye vilayətinin bir kəndindəki təhsil müəssisəsinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 24-ə çatıb. Onlardan ikisi xilasedici, dördü isə polis əməkdaşıdır. Daha beş nəfər yaralanıb, o cümlədən iki xilasedici”, – deyə məlumatda bildirilir.
Hazırda təcili yardım və xilasetmə əməliyyatları davam edir.
Ukrayna Prezidenti Volodimir Zelenski isə “Telegram” səhifəsində növbəti hücum zamanı doqquz aviabombanın atıldığını bildirib. O, hücumu “son dərəcə dəhşətli” adlandırıb.
“Bu səhər kəndə artıq bir neçə aviabomba atılıb və humanitar ehtiyaclar üçün istifadə olunan məktəbə zərbə endirilib. Həmin məktəbdə humanitar yardım paylanırdı. İlk hava hücumundan sonra daha doqquz bomba, xüsusilə də insanların olduğu sığınacaq vurulub”, – deyə Prezident bildirib.
*** 22:21
Rusiya ordusu Zaporojye vilayətinin Komışuvaxa qəsəbəsinə silsilə hava zərbələri endirib. Hücum zamanı humanitar yardımın paylandığı məktəb də vurulub. İlk zərbədən sonra Rusiya qüvvələri yenidən hücum edərək insanların olduğu sığınacağa daha 9 aviasiya bombası atıb.
"Unikal" Ukrayna mediasına istinadla bildirir ki, son məlumatlara görə, 18 nəfər həlak olub, 5 nəfər yaralanıb, 27 nəfər isə itkin düşüb. Həlak olanlar arasında xilasedicilər də var.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, hadisə yerində xilasetmə işləri davam edir, dağıntılar altında qalan şəxslər axtarılır. Əraziyə hərbçilər, xilasedicilər və xüsusi xidmət əməkdaşları cəlb olunub.
Zelenskinin sözlərinə görə, Rusiya hərbçiləri binanın humanitar məqsədlə istifadə edildiyini bilirdilər. Çünki burada yerli sakinlərə hər həftə yardım paylanırdı.
Prezident hücumu Rusiyanın sülh və gərginliyin azaldılmasında maraqlı olmadığının növbəti sübutu adlandırıb və beynəlxalq ictimaiyyəti sərt reaksiya verməyə, Ukraynaya dəstəyi gücləndirməyə çağırıb.
Zaporojye Şəhər Şurasının katibi Regina Xarçenko isə bildirib ki, qəsəbəyə azı 9 idarəolunan aviasiya bombası atılıb. Onun sözlərinə görə, Rusiya qüvvələri əvvəlcə zərbə endirir, daha sonra isə xilas olmağa və başqalarına kömək etməyə çalışan insanları hədəf alır.




.jpg)






.webp)

.jpg)




.jpg)
.jpg)





.jpg)



.jpeg)


.jpg)

.jpg)















