Bosniya və Herseqovinadakı Avropa Birliyi Qüvvələrinə (EUFOR) məxsus CH-47 Chinook helikopteri qəzaya uğrayıb.
"Unikal" xəbər verir ki, nəticədə 4 nəfər ölüb, 11 əsgər yaralanıb. Hadisə Brçko şəhəri yaxınlığında baş verib.
Yaralılardan üçü Tuzladakı Universitet Klinik Mərkəzinə aparılıb. EUFOR yaralıların hazırda vəziyyətinin sabit olduğunu və tibbi yardım aldığını təsdiqləyib.
Qəzada heç bir mülki şəxs xəsarət almayıb və mülki infrastruktura, əmlaka və ya nəqliyyat vasitələrinə heç bir ziyan dəyməyib.















.jpg)
.jpeg)




























.jpg)

.jpg)





.jpeg)

