“Espanyol”ın sabiq futbolçusu Mişel Pineda 62 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə Barselona klubunun kommunikasiya direktoru Andres Merelyo məlumat verib.

Keçmiş futbolçunun ölüm səbəbi açıqlanmayıb.

Pineda 1984-1990-cı illərdə “Espanyol”un formasını geyinib. O, bu müddətdə 233 matçda meydana çıxıb və 73 qol vurub.

Sabiq hücumçu 1987-ci ildə komandasının La Liqada üçüncü yeri tutmasına kömək edib.

Mişel Pineda 1986-cı ildə İspaniyanın gənclər millisinin heyətində Avropa çempionu olub.