Oktyabrın 28-də Bakıda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşündə iştirak etmək məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru Renson Mulele İnqonqa ölkəmizə səfərə gəlib.
"Unikal" xəbər verir ki, oktyabrın 29-da Baş prokuror Kamran Əliyev keniyalı həmkarının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş prokuror nümayəndə heyətini salamlayaraq, beynəlxalq tədbirdə iştiraklarına görə təşəkkürünü bildirərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən ardıcıl islahatlar, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, şəffaflığın artırılması və qanunun aliliyinin təmin olunması istiqamətində görülən tədbirlər barədə məlumat verib.
Baş prokuror Azərbaycan korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayaraq, bu sahədə hüquqi və institusional mexanizmlərin təkmilləşdirilməsinin, korrupsiya hüquqpozmalarının qarşısının alınması və aşkar edilməsi üzrə fəaliyyətin gücləndirilməsinin əhəmiyyətini qeyd edib. O, korrupsiyanın müxtəlif formalarda və transmilli xarakter daşımaqla təzahür etdiyi müasir şəraitdə bu cinayətlərə qarşı mübarizənin səmərəliliyinin artırılması üçün dövlətlər arasında əlaqələrin möhkəmləndirilməsinin, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqinin vacibliyinə diqqət çəkib.
Görüşdə Azərbaycan ilə Keniya arasında əlaqələrin inkişafı, prokurorluq orqanları arasında hüquqi əməkdaşlığın genişləndirilməsi və 2024-cü ilin sentyabrında imzalanmış Anlaşma Memorandumunun icrası məsələləri müzakirə olunub. Baş prokuror iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın praktiki məzmununun zənginləşdirilməsinin, qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.
Renson Mulele İnqonqa səmimi qəbula görə təşəkkürünü bildirərək, İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşünün yüksək səviyyədə təşkil olunmasını təqdir edib. O, beynəlxalq və regional tədbirlər çərçivəsində, o cümlədən Beynəlxalq Prokurorlar Assosiasiyasının Afrika və Hind okeanı regionu üzrə məsələlərdə Azərbaycan Prokurorluğu tərəfindən göstərilən dəstəyə görə minnətdarlığını ifadə edərək, qurumlar arasında peşəkar əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.













.jpg)
.jpg)





.jpeg)











.jpg)
















