ABŞ-nin boğazın minalardan təmizləndiyini iddia etməsinə baxmayaraq, Hörmüz boğazında üç tanker minaya düşüb.

"Unikal" xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb. 

"Son 24 saat ərzində İran tərəfindən qadağan olunmuş Hörmüz boğazının cənub marşrutundan keçərkən sərhədi pozan üç tanker minaya düşərək yanğına səbəb olub", - deyə İİKK-nın mətbuat xidməti bildirib.

İran ordusu bütün tankerlərin radar və naviqasiya sistemlərini söndürdüyünü və İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymadığını qeyd edib.

Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı ABŞ-ın Hörmüz boğazındakı əsas gəmiçilik marşrutlarını minalardan təmizlədiyini və artıq minlərlə gəminin sulardan keçdiyini açıqlamışdı.

Gülayə Mecid