"Korrupsiyaya qarşı mübarizənin nə dərəcədə ciddi getdiyinin hamımız şahidiyik. Korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələdədir və çox təqdirəlayiq haldır ki, bu mübarizənin qanunvericilik bazası daim təkmilləşir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli yeni hazırlanan "Maraqlar toqquşması haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, "Maraqlar toqquşması haqqında" qanun layihəsinin təqdim olunması təsadüfi deyil: "Bu qanunun ideyası üzərində uzun illərdir müzakirələr gedib və hesab edirəm çox təqdirəlayiqdir ki, korrupsiyaya qarşı mübarizənin, dövlət quruculuğumuzun inkişafının indiki mərhələsində belə bir qanun layihəsi təqdim olunub. Bu qanun beynəlxalq təcrübədə mövcuddur və onun müddəaları deyə bilərəm ki, korrupsiyaya qarşı mübarizə ilə bağlı digər qanunlara həm də uyğunluq təşkil edir. Amma qanun bir sıra spesifik məsələləri də tənzimləyir".
Anar Kəlbiyev






















.jpg)




.webp)








.png)







.jpg)


.jpg)

