"Düşünürəm ki, çox vaxtında və yerində müzakirəyə çıxarılmış bir qanun layihəsidir. Bu qanun layihəsi hüquqi meyarlar ilə bərabər özünə müəyyən o mənəvi meyarları da toplayıb. Biz bu günə qədər korrupsiyaya qarşı mübarizədə çox böyük nailiyyətlər əldə etmişik. Vəzifəli şəxslərin həbsindən tutmuş, mən bu məsələlərə qayıtmaq istəmirəm, bu gün də davam edir və s.".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gün keçirilən iclasında “Maraqlar toqquşması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Hikmət Məmmədov deyib.
"Gəldiyimiz nöqtə odur ki, harda hansı vəzifəli şəxs haqqında ictimai şübhə yaranır və bu kütləviləşirsə, bir də baxırıq ki, Azərbaycanın korrupsiyaya qarşı mübarizə aparmalı olan orqanları onun haqqında doğrudan da bu və ya digər şəkildə məsuliyyət tədbirləri həyata keçirdi. Düşünürəm ki, bu qanun qəbul edildikdən sonra daha yaxşı səmərəli tədbirlər görəcəyik", - deyə deputat bildirib.
Anar Kəlbiyev







































.jpg)




.webp)
