2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinə neft-qaz sektoru üzrə daxilolmalar 12 milyard 930,5 milyon manat təşkil edib ki, bu da proqnozdan 625,5 milyon manat və ya 5,1 faiz çoxdur.
"Unikal" bu barədə Azərbaycan Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmalarının 25,5 faizi və ya 3 milyard 302,5 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların payına düşüb.
Daxilolmaların 74,5 faizini və ya 9 milyard 628 milyon manatını Azərbaycan Respublikası Dövlət Neft Fondundan (SOFAZ) dövlət büdcəsinə transfert təşkil edib.
Məlumata görə, SOFAZ-dan dövlət büdcəsinə transfertin həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 232,7 milyon manat və ya 11,4 faiz azalıb.
Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirlərinin 39,4 faizi və ya 1 milyard 301,6 milyon manatı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi müvafiq vergilərin payına düşüb.
Bundan əlavə, daxilolmaların 46,6 faizi və ya 1 milyard 539,8 milyon manatı “Şahdəniz” qaz-kondensat layihəsi çərçivəsində mənfəət vergisinin, 14 faizi və ya 461,1 milyon manatı isə “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində mənfəət vergisinin payına düşüb.







































.jpg)




.webp)
