"Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməkdən və çıxış etməkdən məmnunam".

"Unikal" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov X hesabında yazıb. 

Nazir bildirib ki, 2025-ci il Qəbələ Zirvə Toplantısından bəri Azərbaycanın türk həmrəyliyini dərinləşdirmək, əməkdaşlığı gücləndirmək, eləcə də iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi istiqamətindəki sədrlik səyləri vurğulanıb: "TDT Təhlükəsizlik Şurası katiblərinin Bakı görüşündən və müdafiə sənayesi əməkdaşlığı üzrə 2027-ci il yol xəritəsindən tutmuş, ortaq mədəni irsimizi qoruyan təşəbbüslərə qədər bir çox sahələrdə əməkdaşlığı inkişaf etdirmişik.

2026-cı ildəki dörd görüşümüz regional və qlobal problemlər üzrə siyasi dialoqu və koordinasiyanı gücləndirdi.

Azərbaycan ortaq vizyonumuzu konkret nəticələrə çevirməyə, TDT-dən tam istifadə etməyə və sülh, rifah və beynəlxalq səviyyədə daha güclü kollektiv səs uğrunda tərəfdaşlığımızı gücləndirməyə sadiq qalır".