ABŞ prezidenti Donald Tramp vitse-prezident C.D. Vensə İranla danışıqları bərpa etmək barədə göstəriş verdiyini təkzib edib.
"Unikal" xəbər verir ki, Tramp jurnalistlərə Vensdən İranla danışıqları bərpa etməyi xahiş edib-etmədiyi soruşulduqda bildirib ki, "Xeyr. İranın tibbi ləvazimatlara ehtiyacı var. Əsasən, xəstə insanlara kömək etmək üçün tibbi ləvazimatların çatdırılmasından danışırıq".
Daha əvvəl "The Wall Street Journal" məlumatlı mənbələrə istinadən Vensin sülh danışıqlarını bərpa etmək üçün Trampın göstərişi ilə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayiyə məktub göndərdiyini bildirmişdi.











.png)






.jpg)


.jpg)



























