ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib. 

"Unikal" xəbər verir ki, Tramp 29 oktyabr Respublika Gününü qeyd etmək üçün liderlərin qatıldığı şam yeməyi zamanı Prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək Türk Dövlətləri Təşkilatının qarşıdan gələn Zirvə Toplantısını müzakirə edib.

Prezident Ərdoğan Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Toplantısının Ankarada keçiriləcəyini və 200 milyondan çox əhalisi ilə Orta Asiyada sabitlik və təhlükəsizlik mənbəyinə çevrilən təşkilatın irəliləməsi üçün qərarlar qəbul ediləcəyini bildirib.

Tramp Ərdoğana zirvə görüşü münasibətilə ən xoş arzularını çatdırıb.