"Yer üzündəki ən xoşbəxt yer" adlandırılan Disneyləndin girişinin yaxınlığında kişi cəsədi tapılıb.
"Unikal" xəbər verir ki, hadisə ABŞ-nin Kaliforniya ştatının Anahaym şəhərindəki əyləncə parkının yaxınlığında baş verib. Ziyarətçilər kişini 25 oktyabrda huşsuz vəziyyətdə aşkar edərək polisə zəng ediblər. Hüquq-mühafizə orqanları gələnə qədər 65 yaşında olduğu düşünülən kişi keçinib.
Polis iddia edir ki, kişi parkın yanından keçərkən təbii səbəblərdən ölüb.
Kaliforniyadakı Disneylənd "Uolt Disney"in birbaşa nəzarəti altında yaradılan ilk park olub. O, 17 iyul 1955-ci ildə açılıb və "Disneylend Resort" kompleksinin başlanğıcı hesab edilir.
















.jpg)







.jpg)








.jpg)
















