Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının “Zaur Nudirəliyev küçəsi 85” ünvanı üzrə ərazi partiya təşkilatında partiya üzvləri ilə görüş keçirilib. Görüş Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlər və qarşıya qoyduğu vəzifələrdən irəli gələn məsələlərin müzakirəsinə həsr olunub.

"Unikal" xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ərazi partiya təşkilatının sədri Ceyhun Salmanov çıxışında Partiyanın VIII Qurultayının fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, qurultayda qarşıya qoyulan məqsəd və vəzifələrin həyata keçirilməsində partiya üzvlərinin fəal iştirakının vacibliyini vurğulayıb.

YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev çıxışında Prezident İlham Əliyevin qurultaydakı nitqinin ölkənin gələcək inkişaf prioritetlərinin və partiyanın qarşısında duran əsas vəzifələrin müəyyənləşdirilməsi baxımından əhəmiyyətindən bəhs edib. O, dövlətçilik ənənələrinin qorunması, milli maraqların müdafiəsi, cəmiyyətdə siyasi həmrəyliyin möhkəmləndirilməsi və partiyanın ictimai nüfuzunun daha da artırılması istiqamətində görülən işlərə diqqət çəkib. Həmçinin ərazi partiya təşkilatlarının qarşıya qoyulan vəzifələrin icrasında fəallığının artırılmasının vacibliyini qeyd edib.

Digər çıxış edənlər də Partiyanın VIII Qurultayında səsləndirilən çağırışların partiya üzvlərinin gündəlik fəaliyyətində əsas götürülməsinin əhəmiyyətini vurğulayıblar. Fikir mübadiləsi zamanı dövlət siyasətinin mahiyyətinin ictimaiyyətə düzgün çatdırılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, informasiya təhlükəsizliyinin qorunması və partiyanın ideoloji prinsiplərinin fəal təbliği məsələləri müzakirə olunub.