İspaniyanın “Real Madrid” klubunun baş məşqçisi Joze Mourinyo “Barselona” üzərində 2:1 hesablı qələbədən sonra rəqib komandanın azarkeşlərinə xüsusi təşəkkürünü bildirib.
"Unikal" xəbər verir ki, portuqaliyalı mütəxəssis qələbəni oteldə yatmasına mane olan “Barselona” azarkeşlərinə həsr etdiyini deyib.
“Bu qələbəni oteldə yatmağa imkan verməyən “Barselona” azarkeşlərinə həsr edirəm. Onlar Barselonada komandamızın qaldığı otelin qarşısına toplaşmışdılar və bütün gün mahnı oxumağı dayandırmadılar”, – deyə Mourinyo bildirib.
O, sözlərinə belə davam edib: “Günorta yata bilmədim, amma onların komandasına qalib gəldim. Azarkeşləri möhkəm qucaqlayıram”.
Qeyd edək ki, Mourinyo “Real Madrid”in baş məşqçisi kimi “Barselona” ilə oyunlarda qələbə, heç-heçə və məğlubiyyət sayını bərabərləşdirib. Belə ki, Madrid klubu onun rəhbərliyi altında Kataloniya təmsilçisi ilə 6 qarşılaşmada 2 qələbə, 2 heç-heçə və 2 məğlubiyyətlə yadda qalıb.










.jpg)



























.jpg)











