Tiktokda "Roşka" ləqəbi tanınan Rövşən Süleymanzadə apellyasiya şikayəti verib. 

Bu barədə "Unikal"a təqsirləndirilən şəxsin vəkili Mircəlal Muradlı məlumat verib. 

Vəkilin sözlərinə görə, müvəkkili birinci instansiya məhkəməsinin qərarı ilə razı deyil:

"Əsas istəyimiz məhkəmə baxışının qismən istintaqla keçirilməsi və cinayət işi üzrə bəraət hökmünün çıxarılmasıdır". 

Xatırladaq ki, tiktoker Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanzadə ötən ilin yanvar ayında həbs edilib. 

Onun barəsində ilkin olaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. 

Daha sonra ibtidai istintaq yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu